İran DÇ-2026-da iştirak edəcək? - Səfirdən AÇIQLAMA

28 Aprel 2026 13:44
214
İran DÇ-2026-da iştirak edəcək? - Səfirdən AÇIQLAMA

“İran milli komandası futbol üzrə dünya çempionatında iştirak edəcək və bu məsələ ilə bağlı xüsusi şərt irəli sürməyib”.

Bunu İranın Azərbaycandakı səfiri Müctəba Dəmirçilu deyib.

Onun sözlərinə görə, hazırlıq prosesi davam edir və İran komandası artıq təlim-məşq toplanışına başlayıb.

“Ümid edirik ki, dünya çempionatında təhlükəsiz və normal şərait təmin ediləcək və komandamız digər ölkələr kimi yarışda iştirak edəcək”, - deyə o, report.az-a açıqlamasında söyləyib.

O əlavə edib ki, İran yarışda beynəlxalq qaydalar çərçivəsində iştirak etməyi planlaşdırır.

Qeyd edək ki, bu il iyunun 11-dən iyulun 19-dək ABŞ, Meksika və Kanadada keçiriləcək DÇ-2026-ya ümumilikdə 48 komanda qatılacaq.

İdman.Biz