“Çelsi”nin baş məşqçisi vəzifəsinə namizədlər arasında “Kristal Palas”dan Oliver Qlasner və “Flamenqo”nun keçmiş çalışdırıcısı Filipe Luis də var.
İdman.Biz bu barədə “The Telegraph”a istinadən məlumat verir.
Hazırda “Komo”nu idarə edən Fransesk Fabreqas da klubda müzakirə olunub.
Daha əvvəl “Real Madrid”in keçmiş baş məşqçisi Xabi Alonso, Andoni Iraola (mövsümün sonunda “Bornmut”dan ayrılır) və Marko Silvanın (“Fulhem”) namizədlər arasında olduğu bildirilirdi.
Qeyd olunur ki, hazırda namizədlər arasında lider yoxdur.
