“Barselona”nın oyunçuları və məşqçi heyəti İspaniya liqasında qalib gəldikdən sonra şəhər küçələrində çempionluq paradı keçirib.
İdman.Biz-in məlumatına görə, Kataloniya klubu ənənəvi şənliyini minlərlə azarkeşin komandanı qarşıladığı Barselona avtobus turu ilə təşkil edib.
Komandanın baş məşqçisi Hansi Flik çempionluq paradında iştirak edib. Daha əvvəl alman məşqçinin atasının “Real Madrid”ə 2:0 hesabı ilə məğlub olduqları oyunda vəfat etdiyi bildirilirdi.

Şənlikdə ən fəal iştirakçılar arasında “Barselona”nın polşalı futbolçuları Voyçex Şensnı və Robert Levandovski də var idi. Oyunçular avtobusun damında oturub parad boyunca azarkeşlərlə ünsiyyətdə olublar.

Levandovski və Şensnı həmçinin azarkeşlərin onlara atdığı dondurmanı yeyiblər, polşalı qapıçının çempionluq şənlikləri zamanı siqaret çəkərkən də şəkli çəkilib.
