“Pari Sen-Jermen” yay transfer pəncərəsində qapıçı Lukas Şevalye üçün variantları araşdırmaq niyyətindədir.
İdman.Biz-in “L'Equipe”ə istinadən verdiyi məlumata görə, Fransa klubu 24 yaşlı qapıçı mövsümün sonunda transfer olunarsa, təkliflərə açıqdır.
Şevalye ötən yay “Mançester Siti”yə keçən Canluici Donnarummanın yerinə 55 milyon avroya PSJ-yə qoşulub. Lakin fransız qapıçı özünü tam şəkildə təsdiqləyə və komandanın start heyətində yerini tuta bilməyib.
Mənbənin məlumatına görə, oyunçunun özü də ehtiyat qapıçı rolunu qəbul etmək istəmir və klubunu dəyişmək qərarına gələ bilər.
Şevalyenin PSJ ilə müqaviləsi 2030-cu ilin yayına qədərdir. Transfermarkt-ın məlumatına görə, onun bazar dəyəri 30 milyon avro olaraq qiymətləndirilir.
