“Vest Hem” “Arsenal”a vurulan qolun ləğvinin izahını istəyir

11 May 2026 19:37
149
“Vest Hem” “Arsenal”a vurulan qolun ləğvinin izahını istəyir

“Vest Hem” Premyer Liqanın 36-cı turunda “Arsenal”a 0:1 hesabı ilə məğlub olduqları oyunda qeydə alınmayan qola görə izahat tələb edəcək.

İdman.Biz bildirir ki, 95-ci dəqiqədə “Vest Hem” künc zərbəsindən sonra “topçular”a qol vurmağı bacarıblar. Lakin hücumçu Pablo Felipe qolunu uzadaraq qapıçı David Rayanın topa çatmasına mane olub. Qapıçı əlcəyi ilə topa toxundu, lakin onu dəf edə və ya nəzarət edə bilməyib. Daha sonra top Uilyam Salibanın dizindən Kallum Uilsona dəyib və o, topu qapıya göndərib.

Hakim Kris Kavano video köməkçi hakimlə məsləhətləşib, təkrarı nəzərdən keçirdi və qapıçıya qarşı qayda pozuntusu səbəbindən qolu qeydə almamaq qərarına gəlib. “Arsenal” matçı qazanıb.

BBC-nin məlumatına görə, “Vest Hem” İngiltərədə hakimlikdən məsul olan PGMOL ilə əlaqə saxlayacaq və hakimin qərarına izahat tələb edəcək. Klub həmçinin Kavano ilə VAR-a cavabdeh Darren İnglənd arasında söhbətin səs yazısını tələb edəcək.

İdman.Biz
Məqalədə: