İspaniyanın "Barselona" futbol klubunun baş məşqçisi Hansi Flikin müqaviləsi 2028-ci ilə qədər uzadılıb.
İdman.Biz xəbər verir ki, bu barədə tanınmış insayder Fabrizio Romano məlumat yayıb.
Mənbənin bildirdiyinə görə, almaniyalı mütəxəssislə yeni müqavilə 2028-ci ilin yayına qədər qüvvədə olacaq. Razılaşmada anlaşmanın daha bir il - 2029-cu ilə qədər uzadılması ilə bağlı xüsusi bənd də yer alıb.
Qeyd edək ki, “Barselona” Hansi Fliki ötən mövsüm komandanın baş məşqçisi təyin edib.
