Madrid “Real”ının akademiyasında çıxış edən braziliyalı keçmiş müdafiəçi Marselonun oğlu Enso Alveş gənclər səviyyəsində vurduğu qollarla diqqət çəkir.
İdman.Biz-in məlumatına görə, İspaniyanın “Diario AS” nəşri 17 yaşlı hücumçunun klubun müxtəlif yaş qruplarından ibarət komandalarında 150-dən çox qol vurduğunu yazıb.
“Real”ın “La Fabrika” adlanan akademiyasında yetişən Alveşin yaxın gələcəkdə əsas komandada debüt etmək şansı var. Klub rəhbərliyi və Joze Mourinyonun başçılıq etdiyi məşqçilər heyəti gənc futbolçuya ümid bəsləyir. Bildirilir ki, hücumçu əsas komanda ilə məşqlərə qatılmağa yaxınlaşıb və cari mövsümdə debüt edə bilər.
Qeyd edək ki, Marselo 2007–2022-ci illərdə “Real”da çıxış edib. Braziliyalı futbolçu Madrid klubu ilə beş dəfə UEFA Çempionlar Liqasını qazanmaqla ümumilikdə 25 titul əldə edib.
