“Beşiktaş”ın futbolçusu vacib matçdan əvvəl səhərə qədər “Counter-Strike” oynayıb - İDDİA

24 Oktyabr 2026 14:28
104
“Beşiktaş”ın futbolçusu vacib matçdan əvvəl səhərə qədər “Counter-Strike” oynayıb - İDDİA

UEFA Avropa Liqasında “Kristal Pelas”la 2:2 hesablı heç-heçə edən “Beşiktaş”ın futbolçusu Kartal Kayra Yılmaz yeni iddia ilə gündəmə gəlib.

İdman.Biz xəbər verir ki, sosial şəbəkələrdə 22 yaşlı yarımmüdafiəçinin oyun ərəfəsində gecə saatlarına qədər kompüter oyunu oynadığı iddia olunub.

“Kristal Pelas”la qarşılaşmaya start heyətində başlayan Yılmaz ikinci hissədə əvəzlənərkən azarkeşlərin fitə basması ilə üzləşib. Matçdan sonra futbolçu ilə bağlı müzakirələr davam edib.

Sosial şəbəkələrdə yayılan iddialara əsasən, Yılmaz qarşılaşmadan əvvəlki gecə “Counter-Strike 2” oynayıb. Futbolçuya aid olduğu ehtimal edilən oyun hesabı ilə bağlı paylaşımlar müzakirələrə səbəb olub.

Lakin həmin hesabın həqiqətən Yılmaza məxsus olduğu və futbolçunun matçdan əvvəl gec saatlara qədər oyun oynadığı təsdiqlənməyib. “Beşiktaş” klubu və futbolçunun özü də iddia ilə bağlı rəsmi açıqlama verməyib.

İdman.Biz