Kanselu tarix yazdı: TOP-5 liqada bənzəri yoxdur

11 May 2026 13:59
140
Kanselu tarix yazdı: TOP-5 liqada bənzəri yoxdur

Səudiyyə Ərəbistanının “Əl-Hilal” futbol klubuna məxsus olan və icarə əsasında İspaniyanın “Barselona” futbol komandasında çıxış edən Joau Kanselu tarixi uğura imza atıb.

İdman.Biz xəbər verir ki, portuqaliyalı müdafiəçi “Barselona”nın La Liqanın 35-ci turunda “Real Madrid”i 2:0 hesabı ilə məğlub etməsindən sonra İspaniya çempionu olub. Bu nəticə ilə Kanselu Avropanın TOP-5 liqasından dördündə çempionluq qazanan ilk futbolçu kimi tarixə düşüb.

O, İtaliya A Seriyasında “Yuventus”, İngiltərə Premyerliqasında “Mançester Siti”, Almaniya Bundesliqasında isə “Bavariya” ilə qızıl medal qazanıb. “Barselona” ilə La Liqa titulunu əldə edən müdafiəçi bu siyahıya İspaniya çempionluğunu da əlavə edib.

Qeyd edək ki, Kanselu Portuqaliyada “Benfika”nın heyətində də ölkə çempionu olub. Onun karyerasında yalnız Fransa Liqa 1 çempionluğu çatışmır.

İdman.Biz