Dünya Çempionatına bir ay qaldı: tarixdə ilk dəfə 48 komanda

11 May 2026 11:02
169
Dünya Çempionatına bir ay qaldı: tarixdə ilk dəfə 48 komanda

Futbol üzrə 2026-cı il Dünya Çempionatının startına düz bir ay qalıb.

İdman.Biz xəbər verir ki, turnir 11 iyunda başlayacaq və ilk dəfə 48 komandanın iştirakı ilə keçiriləcək. Mundiala ABŞ, Kanada və Meksika ev sahibliyi edəcək. Açılış matçında Meksika millisi CAR-la qarşılaşacaq. Görüş Meksikanın paytaxtı Mexikodakı “Asteka” stadionunda baş tutacaq.

Dünya Çempionatında titulu Argentina millisi qoruyacaq. Lionel Messinin formasını geyindiyi komanda 2022-ci ildə finalda Fransa yığmasını penaltilər seriyasında məğlub edərək çempion olmuşdu.

Turnir 19 iyulda başa çatacaq. Saat qurşaqları fərqinə görə matçların başlama vaxtları geniş aralıqda olacaq. Bu, Bakı vaxtı ilə 23:00, 02:00, 05:00 və 08:00-a uyğun gəlir.

İdman.Biz
Məqalədə: