Vardi La Liqaya gəlir? İki klub hərəkətə keçdi

11 May 2026 09:13
145
Vardi La Liqaya gəlir? İki klub hərəkətə keçdi

Futbol üzrə İtaliyanın “Kremoneze” komandasının hücumçusu Ceymi Vardi karyerasını La Liqada davam etdirə bilər.

İdman.Biz xəbər verir ki, İspaniyanın “Sevilya” və “Valensiya” futbol klubları təcrübəli forvardın durumunu diqqətlə izləyirlər. 39 yaşlı futbolçunun “Kremoneze” ilə müqaviləsi mövsümün sonunda başa çatır. İtaliya klubunun anlaşmanı daha bir il uzatmaq imkanı olsa da, hələlik bu bəndi aktivləşdirmək planı yoxdur.

Hər iki klub hücum xəttinə təcrübəli oyunçu cəlb etmək istəyir. “Sevilya” Vardini ilk gündən komandaya təsir edə biləcək, təzyiqli anlarda liderlik göstərə biləcək forvard kimi dəyərləndirir. “Valensiya” isə gənc heyətə xarakter və qalib mentaliteti gətirə biləcək hücumçu axtarır.

Transferin əsas üstünlüyü maliyyə şərtləri ilə bağlıdır. Vardinin maaşı mövsümə 2,2 milyon avrodan (4,4 milyon AZN) çox deyil. Bu da onu ciddi transfer xərci olmadan heyətini gücləndirmək istəyən “Sevilya” və “Valensiya” üçün əlçatan varianta çevirir.

Bununla belə, keçid risksiz sayılmır. Vardi İtaliyada gözlənilən qol məhsuldarlığını göstərə bilməyib. Amma onun Premyer Liqa təcrübəsi, böyük səhnələrdə çıxışı və rəqabətçi xarakteri İspaniya klublarının marağını artırır.

Əgər “Kremoneze” müqaviləni uzatmasa, ingiltərəli hücumçu azad agent kimi La Liqa klubları üçün daha cəlbedici hədəfə çevrilə bilər. Hazırda “Sevilya” və “Valensiya” bu fürsəti bazardakı gözlənilməz, amma real variantlardan biri kimi dəyərləndirirlər.

İdman.Biz