ABŞ-də çıxış edən “Kolambus Kryu” klubunun futbolçusu və Azərbaycan millisinin üzvü Nəriman Axundzadə azərbaycanlı azarkeşlərlə görüşüb.
İdman.Biz xəbər verir ki, MLS-in Şərq Konfransının VIII turunda “Nyu-Enqland Revolyuşn”a qarşı keçirilən oyundan sonra tribunadan ona səslənərək dəstək olan həmyerlimiz Ceyhun Əlizadə futbolçuya söz verdiyi ləvəngini təqdim edib.
ABŞ-də yaşayan azərbaycanlı azarkeş bununla bağlı sosial şəbəkə hesabında paylaşım edib. Görüntülərdə Ceyhun Əlizadənin əvvəl dediyi “Nəriman, sənin üçün bir qazan ləvəngi bişirmişik” sözlərinin reallığa çevrildiyi əks olunub.
View this post on Instagram
