İngiltərənin “Arsenal” futbol komandasının qapıçısı David Raya Premyerliqada mövsümün “Qızıl əlcək” mükafatını qazanıb.
İdman.Biz xəbər verir ki, ispaniyalı qolkiper 2025/26 mövsümündə 36 oyunda 18 dəfə qapısından qol buraxmayıb.
“Vest Hem”lə 36-cı turun oyunundan sonra onun bu göstəricidə rəqibləri üçün əlçatmaz olduğu rəsmiləşib. Ən yaxın izləyicisi “Mançester Siti”nin qapıçısı Canluici Donnarumma 14 “quru oyun”la ikinci sıradadır.
Raya bu mükafatı ardıcıl üçüncü mövsüm qazanıb. Premyer Liqa tarixində daha əvvəl Pepe Reyna, Co Hart və Ederson da üç mövsüm ardıcıl “Qızıl əlcək”ə sahib çıxıblar.
Qeyd edək ki, Raya “Arsenal”da ilk “Qızıl əlcək”ini 2023/24 mövsümündə 14 “quru oyun”la qazanıb. Ötən mövsüm isə o, mükafatı “Nottinqem Forest”in qapıçısı Mats Selslə bölüşüb.
