U-16 qızlarımız UEFA İnkişaf Turnirini məğlubiyyətlə başa vurdu - YENİLƏNİB

11 May 2026 14:41
773
U-16 qızlarımız UEFA İnkişaf Turnirini məğlubiyyətlə başa vurdu - YENİLƏNİB

16 yaşadək qızlardan ibarət Azərbaycan milli komandası Bakıda təşkil olunan UEFA İnkişaf Turnirində son oyununu keçirib.

İdman.Biz xəbər verir ki, U-16 yığmamız turnirin son matçında Gürcüstanın müvafiq yaş qrupundan ibarət komandası ilə üz-üzə gəlib.

Binə stadionunda baş tutan qarşılaşma rəqibin 4:2 hesablı qələbəsi ilə yekunlaşıb.

Azərbaycan millisinin heyətində qolları üçüncü dəqiqədə penaltidən Xədicə Rəhimova və 20-ci dəqiqədə Suel Polikarpova vurublar.

Qeyd edək ki, U-16 yığmamız turnirdə daha əvvəl Litvaya 1:4, Rumıniyaya isə 1:7 hesabı ilə məğlub olub.

09:09

Bu gün 16 yaşadək qız futbolçulardan ibarət Azərbaycan millisi Bakıda keçirilən UEFA İnkişaf Turnirində son oyununa çıxacaq.

İdman.Biz xəbər verir ki, komanda Gürcüstanın müvafiq yaş qrupundan ibarət kollektivi ilə üz-üzə gələcək.

Binə stadionunda baş tutacaq görüş saat 12:00-da start götürəcək.

Qeyd edək ki, Azərbaycan millisi turnirdə keçirdiyi əvvəlki matçlarda Litvaya 1:4, Rumıniyaya isə 1:7 hesabı ilə məğlub olub.

İdman.Biz