“Real Madrid”in futbolçusundan dünya çempionuna xüsusi hədiyyə - FOTO

20 Noyabr 2026 03:02
63
“Real Madrid”in futbolçusundan dünya çempionuna xüsusi hədiyyə - FOTO

“Real Madrid”in müdafiəçisi Din Heysen ağır çəkidə keçmiş dünya çempionu Entoni Coşua ilə görüşüb.

İdman.Biz xəbər verir ki, 21 yaşlı futbolçu 36 yaşlı britaniyalı boksçuya öz imzası olan formasını hədiyyə edib.

Coşua görüşdən çəkilən fotonu sosial şəbəkə hesabında paylaşaraq “Yenidən görüşməyimizə şadam, Din” sözlərini yazıb.

Qeyd edək ki, Din Heysen 2025-ci ilin mayında İngiltərənin “Bornmut” klubundan “Real Madrid”ə transfer olunub.

Entoni Coşua isə peşəkar boksda IBF, WBA, WBO və IBO versiyaları üzrə ağır çəkidə dünya çempionu olub. O, peşəkar karyerasında 30 qələbə qazanıb, dörd dəfə məğlubiyyətlə üzləşib. Qələbələrinin 27-sini vaxtından əvvəl əldə edib.

İdman.Biz