Joze Mourinyo “Real Madrid”in baş məşqçisi vəzifəsinə qayıtmaq üçün tələblərini açıqlayıb.
İdman.Biz-in AS-a istinadən verdiyi məlumata görə, portuqaliyalı menecer artıq komandanın vəziyyətini təhlil edib və iki əsas şərt irəli sürüb.
Birinci tələb klubun transfer siyasəti ilə bağlıdır. Mourinyo heyətin formalaşmasında söz sahibi olmaq istəyir və gücləndiriləcək sahələri müəyyən edərkən onun fikrinin nəzərə alınacağını gözləyir. Məşqçinin sözlərinə görə, “Real Madrid”in hazırkı heyəti oyunun bir neçə sahəsində balanssızdır.
İkinci şərt klub daxilində məsuliyyətlərin dəqiq bölüşdürülməsidir. Mourinyo “Real Madrid”də hər bir işçinin yalnız öz sahəsinə diqqət yetirdiyi və heç kimin məşqçi heyətinə müdaxilə etmədiyi bir struktur istəyir.
Mənbənin məlumatına görə, “Benfika”nın mövsümü başa çatdıqdan sonra aktiv danışıqlara başlana bilər. Mourinyo hazırda Lissabon klubunu Çempionlar Liqasına aparmağa diqqət yetirir. Bunun üçün komanda Portuqaliya çempionatının son turunun sonunda ikinci yeri qorumalıdır.
