Yamal “Barselona”nın paradında “Real Madrid”ə sataşıb - VİDEO

12 May 2026 00:28
177
Yamal “Barselona”nın paradında “Real Madrid”ə sataşıb

“Barselona”nın cinah oyunçusu Lamin Yamal komandanın İspaniya liqa titulunu qazanmasından sonra yenidən diqqət mərkəzinə düşüb.

İdman.Biz-in məlumatına görə, Barselona küçələrində keçirilən çempionluq paradı zamanı 18 yaşlı oyunçu azarkeşlərə üzərində “Allaha şükür ki, madridista deyiləm” şüarı yazılmış köynək göstərib.

Beləliklə, Yamal Kataloniya klubunun əzəli rəqibi “Real Madrid”ə bir daha sataşıb.

Futbolçu komanda yoldaşları ilə birlikdə şənliklərdə fəal iştirak edib və “Real Madrid” üzərində 2:0 hesablı qələbədən sonra La Liqa titulunu qeyd edib.

İdman.Biz