İtaliya A Seriyası mövsümünün 36-cı turunun “Napoli” və “Bolonya” komandaları arasında keçirilən oyun başa çatıb.
İdman.Biz bildirir ki, komandalar Neapoldakı “Dieqo Armando Maradona” stadionunda oynayıblar. Qonaq komanda 3:2 hesabı ilə qalib gəlib.
“Bolonya”nın hücumçusu Federiko Bernardeski doqquzuncu dəqiqədə hesabı açıb. 34-cü dəqiqədə hücumçu Rikkardo Orsolini uğurlu penalti zərbəsi ilə qonaq komandanın üstünlüyünü ikiqat artırıb. “Napoli”nin müdafiəçisi Covanni Di Lorenzo 45+2-ci dəqiqədə fərqi azaldıb. “Napoli”nin hücumçusu Alisson Santos 48-ci dəqiqədə bərabərlik qolunu vurub. 90+1-ci dəqiqədə “Bolonya”nın yarımmüdafiəçisi Conatan Rou qələbə qolunu vurub.
A Seriyasının 36 turundan sonra “Napoli” 70 xalla İtaliya çempionatının turnir cədvəlində ikinci yerdədir. “Bolonya” isə 52 xalla səkkizinci yerə yüksəlib.
Sona iki tur qalmış “Napoli” üçüncü yerdəki “Milan”ı cəmi 2 xal qabaqlayır.
