İngiltərə Premyer Liqasının 36-cı turunda “Tottenhem Hotspur” və “Lids Yunayted” arasında keçirilən oyun başa çatıb.
Final fitində hesab 1:1 olub. Oyun Londondakı “Tottenhem Hotspur” stadionunda baş tutub.
Matis Tel 50-ci dəqiqədə hesabı açaraq londonluları irəli çıxarıb. Dominik Kalvert-Lyuin 74-cü dəqiqədə penaltidən qol vuraraq hesabı bərabərləşdirib.
Bu matçdan sonra “Tottenhem Hotspur” İngiltərə Premyer Liqasının turnir cədvəlində 38 xalla 17-ci, “Lids Yunayted” isə 44 xalla 14-cü yerdədir.
