“Lans”ın çalışdırıcısı Liqa 1-in ən yaxşı məşqçisi oldu

12 May 2026 09:08
98
“Lans”ın çalışdırıcısı Liqa 1-in ən yaxşı məşqçisi oldu

“Pari Sen-Jermen”in baş məşqçisi Luis Enrike Fransa liqasında mövsümün ən yaxşı məşqçisi mükafatını qazana bilməyib.

İdman.Biz bildirir ki, Milli Peşəkar Futbolçular Birliyinin (UNFP) məlumatına görə, “Lans”a rəhbərlik edən 47 yaşlı Pyer Saj mövsümün ən yaxşı məşqçisi seçilib.

Yekun səsvermədə Saj Luis Enrikeni (PSJ), Paulo Fonsekanı (Lion), Bruno Jenezionu (Lill) və Olivye Pantalonini (Loryan) qabaqlayıb.

Sajın rəhbərliyi altında “Lans” 32 matçda 67 xal qazanıb və Liqa 1-də ikinci yerdədir. PSJ 32 matçda 73 xalla liqa cədvəlinə başçılıq edir. “Lans” və PSJ arasında 29-cu turun oyunu 13 mayda keçiriləcək.

İdman.Biz