Iqor Noqeyra: “Sabah” möhtəşəm oyun sərgilədi” - VİDEO

14 May 2026 00:54
768
Iqor Noqeyra: “Sabah” möhtəşəm oyun sərgilədi”

“Sabah”ın braziliyalı müdafiəçisi Iqor Noqeyra Azərbaycan Kuboku finalında “Zirə”ni məğlubiyyətə uğradaraq dubl etdikdən sonra keçirdiyi hissləri bölüşüb.

İdman.Biz-in məlumatına görə, oyunçu bu mövsümün komanda üçün xüsusi olduğunu qeyd edib.

“Bu mövsüm möhtəşəm keçdi, çox xoşbəxtəm. “Sabah”la üç kubok qazandım. Bugünkü oyuna gəldikdə isə, möhtəşəm idi. Matçı idarə etdik və bütün mövsüm nümayiş etdirdiyimiz futbolu oynaya bildik”, - deyə Noqeyra finaldan sonra deyib.

Oyunçu həmçinin komandanın Çempionlar Liqasındakı iştirakı və klubdakı gələcəyi barədə də fikirlərini bildirib.

“Çempionlar Liqası haqqında heç nə deyə bilmərəm. Müqaviləm yayda bitir”, - deyə o əlavə edib.

Xatırladaq ki, “Sabah” Azərbaycan Kuboku finalında “Zirə”yə 2:1 hesabı ilə qalib gələrək dubl edib. Klub daha əvvəl Azərbaycan Premyer Liqasını qazanmışdı.

İdman.Biz