“Neftçi” komandası Yüksək Qızlar Liqasında ardıcıl üçüncü dəfə ölkə çempionu olub.
İdman.Biz xəbər verir ki, baş məşqçi Siyasət Əsgərovun yetirmələri sona iki tur qalmış “Sumqayıt” üzərində 6:0 hesablı səfər qələbəsi qazanmaqla çempionluğu rəsmiləşdirib.
Bununla da “ağ-qaralar” növbəti dəfə qadınlar arasında keçirilən UEFA Çempionlar Liqasında iştirak etmək hüququ qazanıb.
