AFFA Yüksək Qızlar Liqasında 2025/2026-cı illər mövsümünün qalibləri mükafatlandırılıb.
İdman.Biz bildirir ki, 66 xal toplayan “Neftçi” mövsümü çempion kimi, 52 xala malik “Sumqayıt” ikinci, 49 xalla “Liman” üçüncü pillədə başa vurub.
Mükafatlandırma mərasimi “Neftçi” Futbol Mərkəzində təşkil edilib.
Çempionatda 3-cü yeri tutan “Liman” bürünc, 2-ci pillənin sahibi “Sumqayıt” gümüş medallarla təltif olunub. Çempion “Neftçi” isə qızıl medallar və kubok təqdim edilib.
Həmçinin fərdi nominasiyalar üzrə qaliblər bəlli olub. Aktivinə 75 qol yazdıran “Liman”ın futbolçusu Nurçin Tarverdizadə ən məhsuldar oyunçuya verilən mükafatın sahibi olub. Mövsümün ən yaxşı oyunçusu isə “Neftçi”nin üzvü Xanım Əsədova seçilib.
Mükafatları AFFA-nın baş katibinin müşaviri Orxan Həsənov və Qadın Futbolu Departamentinin rəhbəri Zümrüd Ağayeva təqdim ediblər.
