İspaniya La Liqasında 2025/26 mövsümündə futbolçulara 107 qırmızı kart göstərilib.
İdman.Biz xəbər verir ki, bu göstərici Avropanın aparıcı çempionatları arasında ən yüksək nəticələrdən biri sayılır. Müqayisə üçün, İtaliya A Seriyasında 68, İngiltərə Premyer Liqasında isə 44 qırmızı kart qeydə alınıb.
Bu, son illərdə La Liqada qırmızı kart sayının 100 həddini keçdiyi beşinci mövsümdür. Daha əvvəl oxşar göstərici 2013/14, 2014/15, 2015/16 və 2022/23 mövsümlərində qeydə alınıb.
La Liqada qırmızı kart sayının 100-dən çox olduğu mövsümlər belədir:
2013/14 - 114 qırmızı kart
2014/15 - 101 qırmızı kart
2015/16 - 106 qırmızı kart
2022/23 - 139 qırmızı kart
2025/26 - 107 qırmızı kart
2025/26 mövsümündə İspaniya çempionatında ən çox qırmızı kart alan komandalar sırasında “Real Ovyedo” (10 dəfə), “Rayo Valyekano” (9), “Xetafe” (8), “Atletik Bilbao”, “Osasuna”, “Jirona” və “Real Madrid” (7) yer alır. “StatMuse”nin məlumatına görə, “Selta Viqo” cəmi bir qırmızı karla 20-ci sıradadır. Çempion “Barselona”nın aktivində iki qırmızı kart var.
