Van Daykdan Slotla bağlı ilk mesaj - FOTO

31 May 2026 16:53
69
Van Daykdan Slotla bağlı ilk mesaj - FOTO

İngiltərənin “Liverpul” futbol komandasının kapitanı Vircil van Dayk baş məşqçi Arne Slotun postundan ayrılmasına münasibət bildirib.

İdman.Biz xəbər verir ki, “Liverpul” 30 mayda niderlandlı mütəxəssislə yolların ayrıldığını rəsmən açıqlayıb. Klubun bəyanatında Slotun dərhal postundan getdiyi və yeni baş məşqçi axtarışına start verildiyi qeyd olunub.

Van Dayk isə sosial şəbəkə hesabında qısa vida mesajı paylaşıb:

“Birlikdə keçirdiyimiz ilk mövsümdə Premyer Liqanı qazanmağımızı heç vaxt unutmayacağıq. Təşəkkürlər, məşqçi. Sənə və ailənə gələcəkdə uğurlar”.

Niderlandlı mütəxəssis 2024-cü ilin iyununda “Enfild”ə gəlib və ilk mövsümündə komandaya İngiltərə çempionluğunu qazandırıb.

“This Is Anfield”in məlumatına görə, Van Dayk Slotun ayrılığından sonra açıq paylaşım edən ilk “Liverpul” futbolçusu olub. Mənbə qeyd edir ki, komanda daxilində başqa oyunçular sosial şəbəkələrdə aktiv olsalar da, baş məşqçinin gedişi ilə bağlı susqunluğu məhz kapitan pozub.

“Sports Mole” yazır ki, Slotun mümkün əvəzləyiciləri sırasında əsas favorit Andoni İraoladır. İspaniyalı mütəxəssis bu yaxınlarda “Bornmut”dan ayrılıb və “Liverpul”un idman direktoru Riçard Hyuz onu İngiltərə klubu dövründən yaxşı tanıyır.

İdman.Biz