“Zirə”də beş futbolçu ilə ayrılıq

“Zirə”də beş futbolçu ilə ayrılıq

Azərbaycanın “Zirə” futbol klubu beş futbolçu ilə yollarını ayırıb.

İdman.Biz xəbər verir ki, Ceyhun Nuriyev, Stefan Aka, Eldar Quliyev və Leroy Mikelslə imzalanan müqavilələrin müddəti başa çatıb.

Bundan başqa, Xorvatiyanın “Varajdin” futbol klubundan icarəyə götürülən Rüfət Abdullazadə ilə də icarə müqaviləsi yekunlaşıb.

“Zirə” PFK adıçəkilən futbolçulara kluba göstərdikləri xidmətə görə təşəkkür edib və onlara gələcək karyeralarında uğurlar arzulayıb.

İdman.Biz