Emil Quluzadə mükafatını aldı

14 Aprel 2026 17:36
234
Emil Quluzadə mükafatını aldı

Azərbaycan İkinci Liqasında “Ayın qolu” layihəsi çərçivəsində “Qaradağ Lökbatan”ın futbolçusu Emil Quluzadə mükafatlandırılıb.

İdman.Biz xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqası məlumat yayıb.

Mart ayının ən yaxşı qolunun müəllifinə mükafat 22-ci turun “Quba” ilə qarşılaşmasından əvvəl təqdim olunub.

Mükafatı Emil Quluzadəyə PFL-in Media şöbəsinin rəisi Müzəffər Müzəffərli verib.

İdman.Biz