Samir Abasov: “Təzminat mövzusu lazım olduğundan artıq gündəmdə saxlanıldı” - VİDEO

14 Aprel 2026 17:25
242
Samir Abasov: “Təzminat mövzusu lazım olduğundan artıq gündəmdə saxlanıldı” - VİDEO

“Neftçi”nin sabiq baş məşqçisi Samir Abasov klubdan ayrılarkən aldığı təzminatdan danışıb.

İdman.Biz xəbər verir ki, o, “CBC Sport”da gedən “90 dəqiqə” verilişində bu məsələnin niyə çox müzakirə olunmasını anlamadığını bildirib.

“Təzminat mövzusu lazım olduğundan artıq gündəmdə saxlanıldı, açığı bunun səbəbini anlamıram. Heç kim mənə öz cibindən pul verməyib, sadəcə müqaviləyə uyğun olaraq haqqımı almışam. Bunun niyə bu qədər səs-küy doğurduğunu başa düşmək çətindir. Məndən əvvəl də məşqçilər olub və bu cür hallar futbol dünyasında adi sayılır. Mənə zəng edənlərin əksəriyyəti söhbətin sonunda eyni sualı verirdi – təzminat məsələsi necə həll olundu? Halbuki bu, yalnız mənimlə “Neftçi” klubu arasında olan bir məsələdir”, - deyə S.Abasov bildirib.

İdman.Biz