Avropa çempionatı: Azərbaycanın qızlardan ibarət U-19 millisi böyük hesabla məğlub olub - YENİLƏNİB

14 Aprel 2026 18:54
963
Avropa çempionatı: Azərbaycanın qızlardan ibarət U-19 millisi böyük hesabla məğlub olub

19 yaşadək qız futbolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının seçmə mərhələsində ikinci oyununu keçirib.

İdman.Biz xəbər verir ki, Həbib Ağayevin baş məşqçisi olduğu komanda Çexiya ilə qarşılaşıb.

Xorvatiyanın Luçko şəhərindəki təşkil olunan görüş rəqibin 9:0 hesablı qələbəsi ilə yekunlaşıb.

U-19 daha əvvəl Xorvatiyaya 6 cavabsız qolla uduzub.

Qeyd edək ki, Azərbaycan millisi aprelin 17-də Gürcüstanla üz-üzə gələcək.

09:23

Bu gün 19 yaşadək qız futbolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının seçmə mərhələsində ikinci oyununu keçirəcək.

İdman.Biz xəbər verir ki, Həbib Ağayevin baş məşqçisi olduğu komanda Çexiya ilə münasibətlərə aydınlıq gətirəcək.

Görüş Xorvatiyanın Luçko şəhərində, Bakı vaxtı ilə saat 16:00-da başlayacaq.

U-19 daha əvvəl Xorvatiyaya 6 cavabsız qolla uduzub.

Qeyd edək ki, Azərbaycan millisi aprelin 17-də Gürcüstanla üz-üzə gələcək.

İdman.Biz