Qəbələdə təlim-məşq toplanışında olan 20 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının heyətində dəyişiklik baş verib.
İdman.Biz xəbər verir ki, bu barədə AFFA-nın mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, zədə səbəbindən “Qarabağ”ın futbolçusu Əli Bəşirovun əvəzinə heyətə “Qəbələ”nin oyunçusu Ariz Kərimov cəlb olunub.
Qeyd edək ki, U-20 aprelin 26-dək Qəbələdə hazırlıq keçəcək.
