Azərbaycan İkinci Liqasında bu gün iki oyun keçiriləcək

2 Noyabr 2026 10:59
74
Azərbaycan İkinci Liqasında bu gün iki oyun keçiriləcək

Azərbaycan İkinci Liqasında doqquzuncu turun oyunları davam edir.

İdman.Biz xəbər verir ki, dünən start götürən turun ikinci oyun günündə daha iki qarşılaşma baş tutacaq.

“Difai” “Hypers”lə, “Ağdaş” isə “Kür-Araz”la üz-üzə gələcək. Hər iki görüş saat 14:00-da başlayacaq.

Azərbaycan İkinci Liqa

Doqquzunci tur
2 noyabr
14.00. “Difai” - “Hypers”

Hakimlər: Mehdi Yusifov, Sadiq Əliyev, Hüseyn Vəliyev, Rasim Musayev.
Hakim-inspektor: İmanxan Sultani.
AFFA nümayəndəsi: Bəhram Qurbanov.
Bakı. “Palms Sports Futbol Mərkəzi” (Dördüncü meydança).

14.00. “Ağdaş” - “Kür-Araz”
Hakimlər: Pərviz İbrahimov, Elvin Mədətov, Ağadur Mahmudov, Elçin Abdullayev.
Hakim-inspektor: Zöhrab Qədiyev.
AFFA nümayəndəsi: Mübariz Hüseynov.
Ağdaş şəhər stadionu.

Qeyd edək ki, turun açılış oyununda “Ağstafa Gəncləri” “Şəki”yə “divan tutub” - 11:1.

İdman.Biz