Adeleke Akinyemi “Neftçi”nin çempionluq hədəfindən danışdı

2 Noyabr 2026 12:14
78
Adeleke Akinyemi “Neftçi”nin çempionluq hədəfindən danışdı

“Çox xoşbəxtəm, çox sevinirəm”.

Bu sözləri “Neftçi”nin futbolçusu Adeleke Akinyemi deyib.

Hücumçu səfərdə “Şamaxı”ya 3:2 hesabı ilə qalib gəldikləri Misli Premyer Liqasının 10-cu turunun oyunundan sonra fikirlərini bölüşüb.

“Meydanda əlimdən gələnin ən yaxşısını etməyə çalışdım. Çempionatın əvvəlindən hər matçda qələbə haqqında düşünürük. İnamımız böyükdür. İnşAllah, çempionluğa nail olacağıq”, - deyə o sport24.az-a açıqlamasında bildirib.

Forvard Şamaxıdakı qarşılaşmanın çətin keçdiyini də vurğulayıb:

“Bəzən futbolda belə olur. Çətinliklərlə üzləşirsən. Amma sonadək inanırıq. Əlimizdən gələni edəcəyik”.

Qeyd edək ki, ötən gün səfərdə “Şamaxı”nı məğlub etməklə xallarının sayını 21-ə çatdıran “Neftçi” turnir cədvəlində birinci pilləsinə yüksəlib.

İdman.Biz