“Qalatasaray” 21 yaşlı rusiyalı yarımmüdafiəçinin transfer qiymətini açıqladı

2 Noyabr 2026 11:59
78
“Qalatasaray” 21 yaşlı rusiyalı yarımmüdafiəçinin transfer qiymətini açıqladı

“Qalatasaray” futbol klubu rusiyalı yarımmüdafiəçisi Aleksey Batrakovun transfer qiymətini açıqlayıb.

İdman.Biz xəbər verir ki, futbolçunun agenti Vladimir Kuzmiçev bu məbləğin 55 milyon avro olduğunu bildirib.

“Hazırda Avropanın top-klublarının ona marağı barədə məlumatımız yoxdur. Ancaq başa düşmək lazımdır ki, böyük Avropa klubları Alekseyin yeni şəraitdə özünü uzun müddət ərzində necə göstərəcəyini izləyəcəklər.

Bir neçə oyuna əsasən heç kim yekun qərar verməyəcək. Çünki hazırda onun müqaviləsindəki sərbəstqalma məbləği tamamilə fərqlidir – 55 milyon avro”, – deyə Kuzmiçev bildirib.

Qeyd edək ki, daha əvvəl xarici mətbuatda İngiltərənin “Mançester Yunayted”, “Arsenal”, “Liverpul” və “Tottenhem” klublarının Batrakova maraq göstərdiyi barədə məlumatlar yayılıb.

“Qalatasaray” Aleksey Batrakovu Moskva “Lokomotiv”indən 25 milyon avroya transfer edib. Maraqlıdır ki, futbolçunun sabiq klubu “Lokomotiv” gələcək satışdan da müəyyən faiz alacaq. Futbolçunun İstanbul klubu ilə müqaviləsi 2031-ci il iyununa qədərdir.

İdman.Biz
Məqalədə: