Kamal Umudlu UEFA Gənclər Liqasının oyununu idarə edəcək

2 Noyabr 2026 12:44
89
Kamal Umudlu UEFA Gənclər Liqasının oyununu idarə edəcək

Azərbaycanlı FIFA referisi Kamal Umudlu UEFA Gənclər Liqasının qarşılaşmasında hakimlik edəcək.

İdman.Biz xəbər verir ki, o, İspaniyada keçiriləcək “Vilyarreal” - PSJ U-19 komandalarının görüşünü idarə edəcək.

Ona həmyerliləri Vüsal Məmmədov və Rəhman İmami kömək edəcəklər. Qarşılaşmanın dördüncü hakimi isə ispaniyalı Borxa Qixarro Kolomer olacaq.

Qeyd edək ki, noyabrın 3-də keçiriləcək matç Bakı vaxtı ilə saat 16:00-da başlayacaq.

İdman.Biz