Futbolçudan baş məşqçiyə qeyri-adi sürpriz - FOTO

14 Aprel 2026 13:48
297
Futbolçudan baş məşqçiyə qeyri-adi sürpriz - FOTO

İngiltərənin “Şeffild Yunayted” klubunun futbolçusu Oliver Arblaster baş məşqçisi Kris Uaylderə nəvə bəxş etməyə hazırlaşır.

İdman.Biz xəbər verir ki, mütəxəssisin qızı bu barədə sosial şəbəkə hesabında məlumat paylaşıb. O, uzun müddətdir komandanın yarımmüdafiəçisi ilə sevgi münasibətində olduğunu bildirib.

Bu mövsüm hələlik qol hesabını açmayan ingiltərəli oyunçu, görünür, heç olmasa bu xəbərlə məşqçisini sevindirməyi bacarıb.

İdman.Biz