UEFA “Atletiko”ya tapşırıq verdi: Həll edin - YENİLƏNİB + VİDEO

14 Aprel 2026 15:24
351
UEFA “Atletiko”ya tapşırıq verdi: Həll edin - YENİLƏNİB + VİDEO

“Atletiko”nun (Madrid) stadionunda “Barselona” ilə oyundan əvvəl ot örtüyünün hündürlüyü taktiki gediş olub.

İdman.Biz xəbər verir ki, bu iddia ilə İspaniya KİV çıxış edib.

Artıq UEFA stadionunun örtüyünün qaydaya salınmasını barədə tələb irəli sürüb.

Bildirilir ki, oyun zamanı otun hündürlüyü standarta uyğun olmalı (26 mm) və fasilədə meydança mütləq suvarılmalıdır.

Xatırladaq ki, “Barselona” futbol klubunun rəhbərliyi Madriddəki qarşılaşmadan əvvəl meydançanın vəziyyəti ilə bağlı UEFA-ya rəsmi müraciət ünvanlayıb. Kataloniya təmsilçisi “Atletiko”nun ev oyunlarını keçirdiyi stadionda otun hündürlüyünün normadan artıq olduğunu bildirib.

13:16

“Barselona” futbol klubunun rəhbərliyi Madriddəki qarşılaşmadan əvvəl meydançanın vəziyyəti ilə bağlı UEFA-ya rəsmi müraciət ünvanlayıb. Kataloniya təmsilçisi “Atletiko”nun ev oyunlarını keçirdiyi stadionda otun hündürlüyünün normadan artıq olduğunu bildirib.

İdman.Biz xəbər verir ki, “Barselona” rəsmiləri meydançadakı hər bir otun hündürlüyünün ölçülməsini tələb ediblər. UEFA cavabında məsələnin xüsusi protokol üzrə yoxlanılacağını və ehtiyac yaranarsa, otun biçiləcəyini vəd edib.

Mövcud qaydalara əsasən, meydançada otun hündürlüyü üç santimetrdən çox olmamalıdır. Müqayisə üçün qeyd edək ki, “Kemp Nou” stadionunda bu göstərici hər zaman 2,3 santimetr səviyyəsində saxlanılır.

“Atletiko” tərəfi isə bütün tələblərə əməl olunduğunu və meydançanın digər matçlardakı vəziyyətdən fərqlənmədiyini bildirib.

İdman.Biz