“Qəbələ” futbolçusu Prins Ovusu ilə müqaviləsini uzatdı

14 Aprel 2026 11:27
280
“Qəbələ” futbolçusu Prins Ovusu ilə müqaviləsini uzatdı

“Qəbələ” futbolçusu Prins Ovusu ilə müqavilənin müddətini uzadıb.

İdman.Biz xəbər verir ki, bu barədə “Qəbələ” Futbol Klubu məlumat yayıb.

Bildirilib ki, tərəflar arasında 2028-ci ilin iyununa qədər anlaşma imzalanıb.

20 yaşlı vinger “Qəbələ”nin heyətində keçirdiyi 29 oyunda 7 qol vurub və 3 məhsuldar ötürmə verib.

Qananın Nayan Akademiyasından transfer olunan futbolçu ötən mövsüm “Qəbələ”nin U-19 komandasında çıxış edib.

İdman.Biz