“Yuventus” Çempionlar Liqasına vəsiqə qazana bilməsə, üç oyunçusunu sata bilər

12 Aprel 2026 07:15
500
“Yuventus” Çempionlar Liqasına vəsiqə qazana bilməsə, üç oyunçusunu sata bilər

“Yuventus” bu yay Çempionlar Liqasına vəsiqə qazana bilməsə, maliyyə sabitliyini təmin etmək üçün üç oyunçusunu satmaq məcburiyyətində qala bilər.

İdman.Biz bu barədə “La Gazzetta dello Sport”a istinadən məlumat verir.

Mənbənin məlumatına görə, Turin klubu yarımmüdafiəçi Kefren Türam-Yulyen, eləcə də müdafiəçilər Pyer Kalulu və Bremer üçün təkliflərə açıq olacaq.

Vurğulanır ki, “Yuventus” Çempionlar Liqasına vəsiqə qazana bilməsə, “Qoca Sinyora”nın maraqlandığı “Liverpul”un qapıçısı Alisson Bekker və “Mançester Siti”nin yarımmüdafiəçisi Bernardo Silvanı transfer edə bilməsi ehtimalı azdır.

İtaliya çempionatının 32 turundan sonra “Yuventus”un 60 xalı var və dördüncü yerdədir.

İdman.Biz