“Real Madrid” İspaniya Kral Futbol Federasiyasının (RFEF) hakimlik islahatı layihəsindən çıxıb. Klubun baş direktoru Xose Anxel Sançes təşkilata artıq müvafiq iclaslarda iştirak etməyəcəyini bildirib.
İdman.Biz bu barədə AS-a istinadən bildirir.
Mənbənin məlumatına görə, “Real Madrid” La Liqanı hakimlik baxımından ədalətsiz bir yarış hesab edir. “Real Madrid” 31-ci turda “Jirona” ilə 1:1 hesablı heç-heçədən sonra bu mövqeyində möhkəmlənib. Həmin oyunda Kilian Mbappeyə qarşı kobudluğa görə penalti təyin olunmayıb. Klub bu səhvin niyə düzəldilmədiyini anlamır.
Hazırda İspaniya nəhəngi ilə RFEF arasında “tam bir ayrılıq” var. “Real Madrid”in federasiya ilə münasibətləri normallaşdırmaq niyyəti yoxdur.
