“Mançester Yunayted” növbəti mövsümə hazırlıq çərçivəsində “Atletiko” və PSJ ilə oynayacaq

12 Aprel 2026 03:11
419
“Mançester Yunayted” növbəti mövsümə hazırlıq çərçivəsində “Atletiko” və PSJ ilə oynayacaq

“Mançester Yunayted” rəsmi saytında növbəti mövsümə hazırlıq məqsədilə yay yoldaşlıq oyunları ilə bağlı məlumat dərc edib.

İdman.Biz bildirir ki, “qırmızı şeytanlar”ın ilk rəqibi 18 iyulda Helsinkidə keçiriləcək matçda “Reksem”olacaq.

Daha sonra onlar 24 iyulda Trondheymdə “Rusenborq” və 1 avqustda Stokholmda “Atletiko Madrid”lə qarşılaşacaqlar. Onlar həmçinin 8 avqustda Geteborqda “Pari Sen-Jermen” və 12 avqustda Dublində “Lids Yunayted” ilə qarşılaşacaqlar.

“Mançester Yunayted” hazırda İngiltərə Premyer Liqasının turnir cədvəlində 55 xalla üçüncü yerdədir. Onların növbəti oyunu 13 apreldə “Lids Yunayted”ə qarşı olacaq.

İdman.Biz