İsveç futbolunun əfsanəsi Zlatan Ibrahimoviç İspaniya millisinin və "Barcelona"nın gənc ulduzu Lamin Yamal haqqında fikirlərini bölüşüb.
İdman.Biz xarici KİV-ə istinadən xəbər verir ki, İbrahimoviç Yamalı xüsusi futbolçu adlandırıb.
“Lamin Yamal xüsusi oyunçudur. O, məhz biletə böyük məbləğ ödəyib stadiona gəlməyə dəyən futbolçulardandır. İnsan onun oyunundan zövq almaq üçün tribunaya yollanır. O, artıq 18 yaşında Avropa çempionu olub. Topa hər toxunduqda meydanda qeyri-adi nəsə baş verir. Bütün ümidlərim onunladır” - deyə Z.İbrahimoviç qeyd edib.
