"Deportivo" və "Elçe" La Liqaya heç-heçə ilə başladılar

18 Avqust 2026 01:11
76
"Deportivo" və "Elçe" La Liqaya heç-heçə ilə başladılar

"Deportivo" İspaniya La Liqasının 2026/27 mövsümünün ilk turunda "Elçe" ilə heç-heçə edib.

İdman.Biz xəbər verir ki, qarşılaşma 1:1 hesabı ilə başa çatıb.

Meydan sahibləri birinci hissənin ortalarında hesabı açıblar. Lorenso Amatuççinin məhsuldar ötürməsindən sonra Pyer-Emerik Obameyanq dəqiq zərbə ilə rəqib qapısına yol tapıb.

Lakin "Deportivo" qələbə hesabını sona qədər qoruya bilməyib. "Elçe" 76-cı dəqiqədə Mark Aquadonun qolu ilə tarazlığı bərpa edib. Qolun ötürməsini Qonsalo Vilyar del Frayle verib.

Qalan dəqiqələrdə hesab dəyişməyib və komandalar La Liqanın yeni mövsümünə hərəyə bir xalla başlayıblar.

Komandalar arasında ikinci dövrənin oyununun 14 fevral 2027-ci ildə keçirilməsi nəzərdə tutulub.

İdman.Biz