Azərbaycanda iki futbolçunun ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsinin görüntüləri yayılıb.
İdman.Biz xəbər verir ki, iyulun 29-da Qobu-Lökbatan yolunda baş vermiş qəzanın görüntüləri sosial şəbəkədə paylaşılıb.
99-EN-361 dövlət qeydiyyat nişanlı "Toyota" markalı minik avtomobili "Ford Transit" markalı nəqliyyat vasitəsi ilə toqquşub.
Qəza nəticəsində "Toyota"da olan Bəhruz Sultanov və Rauf Hüseynov hadisə yerində həlak olublar. "Ford Transit"in sürücüsü isə xəsarət alıb.
Həlak olan Bəhruz Sultanov və Rauf Hüseynov "Qobu" futbol klubunun oyunçuları olublar.
Qeyd edək ki, "Qobu" 2025/26 mövsümündə AFFA Region Liqasında mübarizə aparıb.
