Rafinya yeni mövsümdə "Barselona"nın birinci kapitanı olacaq

18 Avqust 2026 03:16
88
Rafinya yeni mövsümdə "Barselona"nın birinci kapitanı olacaq

Hücumçu Rafinya 2026/27 mövsümündə "Barselona"nın birinci kapitanı olacaq.

İdman.Biz xəbər verir ki, ESPN-in məlumatına görə, Kataloniya klubu kapitan sarğısını braziliyalı futbolçuya həvalə etmək qərarına gəlib.

Daha əvvəl "Barselona"nın birinci kapitanı Mark-Andre ter Ştegen idi. Lakin qapıçı icarə əsasında "Ayaks"a keçib. Komandanın vitse-kapitanı Ronald Arauxo da Kataloniya təmsilçisini tərk edərək icarə əsasında "Liverpul"a yollanıb.

Onların gedişindən sonra birinci kapitan olmağa əsas namizəd Frenki de Yonq hesab edilirdi. Lakin klub kapitan sarğısını Rafinyaya vermək qərarına gəlib. Daha əvvəl niderlandlı yarımmüdafiəçinin ciddi zədə aldığı bildirilmişdi.

Rafinya və de Yonqun olmadığı halda kapitan sarğısını Pedri daşıyacaq. Kapitanlıq sıralamasında növbəti futbolçu isə müdafiəçi Erik Qarsiyadır.

İdman.Biz