"Ayaks" "Barselona"nın müdafiəçisini 5 milyon avroya aldı

18 Avqust 2026 02:00
85
"Ayaks" "Barselona"nın müdafiəçisini 5 milyon avroya aldı

"Barselona"nın müdafiəçisi Jofre Torrents karyerasını Niderland çempionatında davam etdirəcək.

İdman.Biz xəbər verir ki, "Ayaks" 19 yaşlı ispaniyalı futbolçunun transferini rəsmən açıqlayıb.

Məlumata görə, "Barselona" öz yetirməsinin satışından təxminən 5 milyon avro qazanacaq. Bundan əlavə, Kataloniya klubu futbolçunun gələcək transferindən əldə ediləcək məbləğin 50 faizini almaq hüququnu saxlayıb.

Torrents "Ayaks"la 2030-cu ilin ortalarına qədər nəzərdə tutulan müqavilə imzalayıb.

Sol cinah müdafiəçisi "Barselona"nın əsas komandasında ümumilikdə dörd oyun keçirib.

Qeyd edək ki, 2026/27 mövsümünün əvvəlindən "Ayaks"a daha əvvəl "Jirona"da çalışmış ispaniyalı mütəxəssis Miçel rəhbərlik edir.

İdman.Biz