Azərbaycan Basketbol Liqası: “Ordu” “Gəncə”ni məğlub etdi - YENİLƏNİB

13 Aprel 2026 22:52
1 384
Azərbaycan Basketbol Liqası: “Ordu” “Gəncə”ni məğlub etdi

Azərbaycan Basketbol Liqasında pley-off mərhələsi davam edir.

İdman.Biz bildirir ki, günün ikinci oyununda “Ordu” “Gəncə” ilə üz-üzə gəlib.

Oyun 108:106 hesabı ilə birincilərin xeyrinə qurtarıb.

19:10

Azərbaycan Basketbol Liqasında pley-off mərhələsinə start verilib.

İdman.Biz bildirir ki, “Neftçi” NTD ilə qarşılaşıb. Oyun 97:94 hesabı ilə NTD-nin xeyrinə qurtarıb.

Qarşılaşma Bakı İdman Sarayında təşkil olunub.

09:23

Bu gün Azərbaycan Basketbol Liqasında pley-off mərhələsinə start veriləcək.

İdman.Biz xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma baş tutacaq.

Günün ilk matçı saat 17:00-da baş tutacaq. Bu görüşdə “Neftçi” komandası NTD ilə qarşılaşacaq. Günün ikinci oyunu isə saat 20:00-da keçiriləcək və burada “Ordu” ilə “Gəncə” üz-üzə gələcək.

Qeyd edək ki, hər iki qarşılaşma Bakı İdman Sarayında təşkil olunacaq.

İdman.Biz