Bu gün Mingəçevirdə, Kür çayının sahilində "Kürü keçək?! 5" açıq suda üzmə yarışı keçirilib.
İdman.Biz xəbər verir ki, yarış Gənclər və İdman Nazirliyi, Azərbaycan Üzgüçülük Federasiyası və Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin birgə təşkilatçılığı ilə baş tutub.
Sağlam həyat tərzinin təşviqi, su idman növlərinin təbliği, daha geniş yayılması və inkişaf etdirilməsi məqsədilə təşkil olunan "Kürü keçək?!" yarışı Mingəçevirdə artıq 5-ci dəfə təşkil edilib.
Yarış 12 yaşdan 75 yaşadək üzgüçüləri bir araya gətirib. Bu il ilk dəfə olaraq yarış iki məsafə üzrə təşkil olunub – 350 metr və 1000 metr. İştirakçılar kişilər və qadınlar arasında 6 yaş kateqoriyası üzrə mübarizə aparıblar.
Gərgin və maraqlı mübarizə ilə yadda qalan yarışda qalib adını qazananlar bunlardır:
350 metr:
12-17 yaş (qızlar)
1. Aleksandra Slepenko
12-17 yaş (oğlanlar)
1. Yusif Sofiyev
18-23 yaş (qızlar)
1. Gülarə Nəzərova
18-23 yaş (oğlanlar)
1. Matsvey Danilau
24-35 yaş (qızlar)
1. Tubu Abdulzade
24-35 yaş (oğlanlar)
1. Hüseyn İsnayıllı
36-55 yaş (qadınlar)
1. Yelena Dubentsova
36-55 yaş (kişilər)
1. Roman Vladıka
56-70 yaş (qadınlar)
1. Natalya Baykova
56-70 yaş (kişilər)
1. Pyotr Kuvshinov
71 yaşdan yuxarı (kişilər)
1. Vaqif Nəsibov
1000 metr:
12-17 yaş (qızlar)
1. Məryam Cavadova
12-17 yaş (oğlanlar)
1. Fərhad Şirməmmədli
18-23 yaş (qızlar)
1. Alisa Belaya
18-23 yaş (oğlanlar)
1. Səid Həmidov
24-35 yaş (qızlar)
1. Fatimə Alkərəmova
24-35 yaş (oğlanlar)
1. Zaur Arkaniya
36-55 yaş (qadınlar)
1. Natalya Mordasova
36-55 yaş (kişilər)
1. Roman Qalavatskiy
56-70 yaş (qadınlar)
1. Olena Timçenko
56-70 yaş (kişilər)
1. Anatoliy Baykov
Qaliblərə mükafatları Gənclər və idman naziri Fərid Qayıbov, Azərbaycan Üzgüçülük Federasiyasının (ASF) prezidenti Zaur Əliyev və digərləri təqdim ediblər.









13:23
Mingəçevirdə Kür çayında “Kürü keçək?! 5” açıq suda üzmə yarışına start verilib.
İdman.Biz xəbər verir ki, yarış Gənclər və İdman Nazirliyi, Azərbaycan Üzgüçülük Federasiyası və Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin birgə təşkilatçılığı ilə keçirilir.
Sağlam həyat tərzinin və su idman növlərinin təbliği məqsədilə təşkil olunan yarış bu il rekord sayda iştirakçını bir araya gətirib. Ümumilikdə 616 nəfər mübarizəyə qatılıb. İştirakçılar arasında ən gənc üzgüçünün 12, ən yaşlı iştirakçının isə 79 yaşı var.
Bu il yarış ilk dəfə iki məsafə üzrə təşkil olunur. İştirakçılardan 111-i 1000 metr, 505-i isə 350 metr məsafədə mübarizə aparır.
İlk olaraq 350 metr məsafəyə start verilib. Bir müddət sonra isə 1000 metr məsafəyə yarış başlayacaq.
Kişilər və qadınlar arasında 6 yaş kateqoriyası üzrə keçirilən yarışda hər kateqoriyada ilk üç yeri tutan iştirakçılar mükafatlandırılacaqlar.
09:31
Bu gün Mingəçevirdə Kür çayında “Kürü keçək?! 5” açıq suda üzmə yarışı keçiriləcək.
İdman.Biz xəbər verir ki, yarış Gənclər və İdman Nazirliyi, Azərbaycan Üzgüçülük Federasiyası və Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin birgə təşkilatçılığı ilə baş tutacaq.
Sağlam həyat tərzinin və su idman növlərinin təbliği məqsədilə təşkil olunan yarış bu il rekord sayda iştirakçını bir araya gətirib. Belə ki, ümumilikdə 616 nəfər mübarizəyə qatılacaq. İştirakçılar arasında ən gənc üzgüçünün 12, ən yaşlı iştirakçının isə 79 yaşı var.
Bu il yarış ilk dəfə iki məsafə üzrə keçiriləcək. İştirakçılardan 111-i 1000 metr, 505-i isə 350 metr məsafədə üzəcək.
Kişilər və qadınlar arasında 6 yaş kateqoriyası üzrə təşkil olunan yarışda hər kateqoriyada ilk üç yeri tutan iştirakçılar mükafatlandırılacaqlar.
Yarışa saat 13:00-da start veriləcək.
Cavid Şəmiyev
