Azərbaycan üzgüçüləri Macarıstan Kubokunda iki qızıl medal qazanıblar

8 Noyabr 2026 10:40
40
Azərbaycan üzgüçüləri Macarıstan Kubokunda iki qızıl medal qazanıblar

Azərbaycanın bədii üzgüçüləri Macarıstan Kubokunda uğurlu nəticəyə imza atıblar.

İdman.Biz Azərbaycan Üzgüçülük Federasiyasına istinadən xəbər verir ki, yeniyetmələr kateqoriyasında mübarizə aparan Emiliya Məmmədli və Tahirə Hüseynova qızıl medal qazanıblar.

Hər iki idmançı öz çıxışını birinci pillədə başa vuraraq fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Qeyd edək ki, beynəlxalq turnirdə Azərbaycanla yanaşı, Almaniya, Çexiya, Qazaxıstan, Macarıstan, Malta və Misirdən olan idmançılar da iştirak ediblər.

İdman.Biz