Azərbaycanın üzgüçülük üzrə milli komandasının üzvü Süleyman İsmayılzadə Seneqalın paytaxtı Dakarda keçirilən Yeniyetmələrin Dördüncü Yay Olimpiya Oyunlarında bu gün mübarizəyə başlayacaq.
İdman.Biz xəbər verir ki, təmsilçimiz 400 metr məsafəyə sərbəst üsulla üzmə yarışlarında qüvvəsini sınayacaq.
Yarışlara Bakı vaxtı ilə saat 14:00-da start veriləcək.
Qeyd edək ki, Dakar-2026-da Azərbaycanın aktivində hazırda bir qızıl medal var. Yeganə mükafatı komandamıza cüdo yarışlarında İbrahim Talıbov (55 kq) qazandırıb.
Azərbaycan Dakar-2026-da səkkiz idman növü üzrə 13 idmançı ilə təmsil olunur.
Dakar, Diamniadio və Sali şəhərlərində təşkil olunan Yeniyetmələrin Dördüncü Yay Olimpiya Oyunlarına noyabrın 13-də yekun vurulacaq.
