Üzgüçülərimiz Belarusda iki medal qazandı, Azərbaycan rekordu yeniləndi - FOTO

6 Noyabr 2026 14:02
31
Üzgüçülərimiz Belarusda iki medal qazandı, Azərbaycan rekordu yeniləndi

Azərbaycan üzgüçüləri Belarus Açıq turnirinin ilk günündə iki medal qazanıblar.

İdman.Biz xəbər verir ki, bu barədə Azərbaycan Üzgüçülük Federasiyasının mətbuat xidməti məlumat yayıb.

Anastasiya Qnusina 1500 metr məsafəyə sərbəst üsulla üzmə yarışında 17:22.09 nəticə ilə gümüş medal əldə edib. Fatimə Alkərəmova isə 200 metr məsafəyə qarışıq üsulla üzmə yarışında 2:18.01 nəticə göstərərək bürünc medala sahib çıxıb.

Qeyd edək ki, Fatimə Alkərəmova və Abdürrəhman Rüstəmov 50 metr məsafəyə sərbəst üsulla üzmə yarışında 22.91 saniyə nəticə ilə Azərbaycan rekordunu yeniləyiblər.

İdman.Biz